Bildirilib ki, sionist İsrail ordusunun Qəzza zolağının cənub və şimalındakı Rəfah şəhərinə təşkil etdiyi hücumlarda şəhid və yaralananlar olub.
Az.rasthaber.com xəbər verir ki, şahidlərdən alınan məlumata görə, işğalçı İsrail döyüş təyyarələri Rəfahdakı El-Garib ailəsinin evini bombalayıb. Evin tamamilə dağıldığı, ətrafdakı evlərə də böyük maddi ziyan vuran hücumda aralarında uşaqların da olduğu çox sayda insan şəhid və yaralanıb.
Digər tərəfdən, İsrail döyüş təyyarələri Qəzzanın şimalında Fələstin Mühəndislər Birliyinin binasını da vurub.
Sionist İsrailin oktyabrın 7-dən Qəzza zolağına həyata keçirdiyi hücumlarda azı 13 min 230-u uşaq, 8 min 860-ı qadın olmaqla 30 min 410 fələstinli şəhid olub, 71 min 700 nəfər isə yaralanıb.
Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.