İran İslam Respublikasının BMT-dəki səfiri beynəlxalq ictimaiyyəti tənqid edərək deyib: “Sionist rejim qarşısında passiv davranmayın”
Az.rasthaber.com "Tasnim"ə istinadən xəbər verir ki, İran İslam Respublikasının BMT-dəki nümayəndəsi Zəhra Erşadi deyib:
"Biz hər gün İsrail rejiminin Fələstin xalqına qarşı törətdiyi cinayətlərin şahidi oluruq".
İran İslam Respublikasının BMT-dəki nümayəndəsi daha sonra əlavə edib:
"Təcrübəli fələstinli jurnalist Şirin Əbu Aqilə sionist qüvvələr tərəfindən işğal altındakı Cenində vəhşicəsinə şəhid edilib. Onlar müqavimət simvolu olan Fələstin xalqının qəddar işğal rejiminə qarşı cəsarətini azaltmaq istəyirdilər. Lakin, bu belə olmayacaq".
Erşadi beynəlxalq ictimaiyyətin İsrailin davam edən hərbi cinayətləri və terrorizmi qarşısındakı passivliyini də tənqid edib:
"İran İslam Respublikası Birləşmiş Millətlər Təşkilatını, xüsusilə də Təhlükəsizlik Şurasını İsrailin təcavüzünün cəzasız qalmasına son qoymaq üçün təcili tədbirlər görməyə çağırır. Bu rejimin Fələstin xalqına qarşı onilliklər ərzində törətdiyi beynəlxalq cinayətlərə görə cavab verməsi vacibdir".
Xatırladaq ki, təcrübəli fələstinli jurnalist Şirin Əbu Aqilə sionist əsgərlərin İordan çayının qərb sahilindəki Cenin düşərgəsinə hücumunun təfərrüatlarını açıqlamağa çalışarkən başından vurularaq qətlə yetirilib.
İran İslam Respublikasının BMT-dəki səfiri Zehra Ərsadi