İsrailin hərbi təyyarələri ötən gecə Dəməşqin ətrafını hava zəbələrilə hədəfə alıb. Ölənlər var.
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə hərbi mənbələr məlumat veriblər.
Bildirilib ki, ötən gecə İsrailin hərbi təyyarələri işğal altında olan Colan Yüksəkliklərinin səmasından Dəməşqin ətrafını hədəfə alıb.
Havadan müdafiə sistemləri raketlərin çoxunu havada ikən zərərsizləşdirib.
Məlumata görə Suriyanın havadan müdafiə qüvvələrinin üç hərbçisi bu təcavüz zamanı həlak olub.
Qeyd edək ki, bu hücum son 10 gündə İsrailin Suriya ərazisinə üçüncü təcavüzüdür.