İsrail Dəməşqin bəzi hərbi məntəqələrinə raket hücumları həyata keçirib

İsrail Dəməşqin bəzi hərbi məntəqələrinə raket hücumları həyata keçirib

Sionist rejimin Suriyanın paytaxtı Dəməşqin bəzi hərbi məntəqələrinə raket hücumları həyata keçirdiyi bildirilib.

Az.rasthaber.com xəbər verir ki, sionist İsrailin Dəməşqin bəzi hərbi məntəqələrinə raket hücumları təşkil etdiyi bildirilib.

Suriya xəbər agentliyi SANA-nın hərbi mənbələrə əsaslanaraq verdiyi xəbərə görə, yerli vaxtla saat 23.05-də Dəməşqdəki bəzi hərbi məntəqələr Colan təpələrində işğalçı qüvvələr tərəfindən raketlərlə hədəf alınıb.

Bildirilib ki, raket hücumu nəticəsində bir əsgər yaralanıb. Maddi ziyan dəyib.

“Bizim hava hücumundan müdafiə sistemlərimiz düşmənin raketlərini qarşılayıb və onların bəzilərini vurub”, - məlumatda deyilir.

Sionist İsrail rəsmiləri hücumla bağlı heç bir açıqlama verməyib.

Xatırladaq ki, işğalçı İsrail rejimi bundan əvvəl də Suriyada çoxlu hava hücumları həyata keçirib.

Xəbəri paylaş

VİDEOLAR