İsrail Dəməşqə yenidən hava hücumu edib

İsrail Dəməşqə yenidən hava hücumu edib

Suriya dövlət televiziyası İsrailin ötən gecə paytaxt Dəməşqin ətrafını bombaladığını açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, Suriya dövlət televiziyasının Əl-İxbariyyə xəbərinə görə, İsrail dünən axşam saatlarında Dəməşq ətrafını hədəf alan hava hücumu həyata keçirib.

“İsrail Dəməşq ətrafına hücum etdi” başlıqlı xəbərdə hava hücumundan müdafiə sistemlərinin hücumu dəf etdiyi bildirilib.

Suriya Müdafiə Nazirliyi İsrailin Dəməşqə təşkil etdiyi hücumda 2 suriyalı əsgərin yaralandığını açıqlayıb.

Nazirliyin açıqlamasında, “Bu gün axşam saat 22.05 radələrində düşmən İsrail Suriyanın işğal etdiyi Colan təpələrindən Dəməşq əyalətindəki mövqelərə hava zərbəsi endirib. Hava hücumundan müdafiə sistemlərimiz düşmənin raketlərinə cavab verib və onların bir neçəsini vurub. Hücum nəticəsində 2 əsgər yaralanıb və müəyyən dərəcədə maddi ziyan da olub”.

Xəbəri paylaş

VİDEOLAR