Suriyanın yerli mənbələri paytaxt Dəməşqin Kəfr Sousa bölgəsinin sionist rejim tərəfindən raketlərlə hücuma məruz qaldığını açıqlayıb.
Az.rasthaber.com xəbər verir ki, ilkin məlumata görə, hücumda ən azı iki nəfər şəhid olub.
Digər tərəfdən, Livanın rəsmi agentliyi NNA-da yer alan xəbərə görə, sionist İsrail qüvvələri sərhəd bölgəsindəki Məcdel Zun qəsəbəsində bir evə hava hücumu həyata keçirib.
Hücum nəticəsində 2 nəfərin yaralandığı və təcili yardımla xəstəxanaya göndərildiyi xəbərdə Şin və Hiyam qəsəbəsində də bəzi nöqtələrə hava hücumu təşkil edildiyi bildirilib.