İsrail Dəməşqə hava hücumu edib

İsrail Dəməşqə hava hücumu edib

Bildirilib ki, sionist rejim Suriyanın paytaxtı Dəməşqin şimalında yerləşən Kələmon bölgəsinə hücum edib.

Az.rasthaber.com xəbər verir ki, sionist rejimə məxsus döyüş təyyarələri Kələmon bölgəsində bir çox məntəqələri hədəf alıb.

Sözügedən hücumla bağlı sionist rejim və Suriya tərəfindən hələlik heç bir açıqlama verilməyib.

Sionist rejim 2011-ci ildə vətəndaş müharibəsi başlayandan bəri Suriyada Suriya ordusuna məxsus hərbi məntəqələrə vaxtaşırı hücumlar təşkil edir.

Xəbəri paylaş

VİDEOLAR