İşğalçı İsrail sionist rejimin Müdafiə Nazirliyi tərəfindən də himayə edilən Pegasus casusluq proqramının Ukraynaya satılmasına razılıq verməyib.
Qəzet yazıb ki, sionist rejimin bu qərarına səbəb Rusiyanın qəzəbindən amanda qalmaq olub. İsrail rəsmiləri Ukrayna hökumətinin Pegasusdan istifadə edərək Rusiya daxilindəki nömrələri izləməsinin onlara baha başa gələcəyini düşünüb.
Britaniya qəzetinin yazdığına görə, Ukrayna rəsmiləri 2019-cu ildən bəri sionistləri Ukraynaya "Pegasus" casus proqramı satmağa razı salmaq üçün təlaş göstəriblər. Lakin bu cəhdlər boşa çıxıb. İşğalçı İsrailin Müdafiə Nazirliyi tərəfindən himayə edilən casus proqram istehsalçısı heç vaxt şirkətə öz casus proqramlarını Ukraynaya satmağa icazə verməyib.