Blokadada saxlanılan Qəzza sektorunda 6 yaşlı Faruq Əbul-Nacimlə vida mərasimi keçirilib.
Az.rasthaber.com “Middle East Eye”-yə istinadən xəbər verir ki, fələstinli uşaq İsrail tərəfinin hərəkətləri və məhdudiyyətləri səbəbi ilə müalicəyə gedə bilməyib.
Əbul-Nacimdə onkologiyanın ən aqressiv növlərindən biri aşkar edilib - beyin şişi.
Qəzzada müalicə üçün lazımi avadanlıqların olmaması səbəbilə uşağın valideynləri onu Qüds şəhərinə aparmağa cəhd edib. Valideynlərin öz övladını müalicəyə apara bilmək istiqamətindəki cəhdləri 2 il davam edib.
İsrail tərəfi isə onların Qüdsə gəlməsinə mane olub.
Nəticədə kiçik oğlan uşağı 28 avqustda vəfat edib.
“Əl-Mizan” İnsan Haqları Mərkəzinin məlumatına görə, 2022-ci ildə 3-ü uşaq olmaqla, 4 fələstinli pasiyent İsrail tərəfinin hərəkətləri və məhdudiyyətləri səbəbilə dünyasını dəyişib.
Hüquq-müdafiəçiləri bütün günahın İsrailin üzərində olduğunu bildiriblər.
Qeyd edək ki, Qəzzanın 2007-ci ildən bəri davam edən blokadası ərzində Qəzzadan kənarda təcili müalicəyə ehtiyac duyan onlarla fələstinli həyatını itirib.