Sionist rejimin xarici işlər naziri Eli Koen rəsmi təmaslar üçün getdiyi Bəhreyndə bu rejimin Manama səfirliyinin açılışını edib.
Az.rasthaber.com xəbər verir ki, Dünya əl-Vətən xəbər saytının xəbərinə görə, sionist rejimin səfirliyinin açılış mərasimi bu rejimin xarici işlər naziri Eli Koen və onun bəhreynli həmkarı Əbdüllətif əz-Ziyaninin iştirakı ilə keçirilib.
Bu yaxınlarda Bəhreynə gedən Eli Koen Manamada Bəhreyn vəliəhdi Salman bin Hamed Əl Xəlifə ilə də görüşüb.
Bu, Eli Koenin Bəhreynə ilk səfəri idi.
Qeyd edək ki, ötən ay sionist rejim mediası sionist rejimin xarici işlər nazirinin Bəhreynə səfərinin təxirə salındığını elan etmişdi.
Bəhreyn və İsrail ABŞ-ın keçmiş prezidenti Donald Trampın vasitəçiliyi ilə 2020-ci ildə Vaşinqtonda münasibətlərin normallaşdırılmasına dair saziş imzalayıb.