İsrail ordusu son 470 gün ərzində Qəzza sektorunda 46 899 günahsız fələstinlini qətlə yetirib.
Az.rasthaber.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə Qəzza sektorunun Səhiyyə Nazirliyi məlumat paylaşıb.
Belə ki, təkcə son 24 saatda İsrail bölgədə 3 kütləvi qırğın törədərək 23 qəzzalını öldürüb, daha 83 nəfəri isə yaralayıb.
2023-cü il 7 oktyabrdan bəri İsrailin hücumları nəticəsində xəsarət alan dinc fələstinlilərin sayı isə 110 725 nəfərə çatıb.
Bundan başqa, 15 yanvardan atəşkəs xəbərinin yayılmasında bəri isə ən azı 33-ü uşaq və 33-ü də qadın olmaqlar, 123 Qəzza sakini İsrail ordusu tərəfindən qətlə yetirilib, 270 nəfər isə yaralanıb.
Xatırladaq ki, qeydedilən tarixdən bəri İsrail Qəzza sektorunu hərtərəfli – sudan, qurudan və havadan blokada altında saxlayır və bombardmana məruz qoyur. Bölgədə aclıq və susuzluq hökm sürür.
İsrailin öldürdüyü Qəzza sakinlərinin böyük hissəsini uşaqlar və qadınlar təşkil edir.
Təxminən 10 min qəzzalı isə itkin düşüb.
Müharibə davam etdiyi üçün tam dəqiq rəqəmləri səsləndirmək qeyri-mümkündür, ehtimallara əsasən, İsrailin qətlə yetirdiyi fələstinlilərin sayı açıqlanan rəsmi rəqəmlərdən bir neçə dəfə çoxdur.