İsrail 2025-ci ildə Qəzzada azı 74 uşağı qətlə yetirib

İsrail 2025-ci ildə Qəzzada azı 74 uşağı qətlə yetirib

İsrail ordusu yeni 2025-ci ilin ilk həftəsi ərzində Qəzza sektorunda azı 74 fələstinli uşağı qətlə yetirib.

Az.rasthaber.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə BMT-nin Uşaq Fondu (YUNİSEF, UNICEF) məlumat verib.

Qeyd edilib ki, 1 milyondan çox qəzzalı uşaq heç bir şəraiti olmayan çadırlarda qalır və qış fəslinin də başlaması ilə onların həyatları üçün risklər artmaqdadır.

26 dekabrdan bəri isə ən azı 8 yeni doğulmuş körpə soyuqdan donaraq dünyasını dəyişib.

Qeyd edək ki, İsrailin 7 oktyabr 2023-cü ildən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı 46 006-ya, yaralıların sayı isə 109 378-ə yüksəlib.

Xatırladaq ki, qeydedilən tarixdən bəri İsrail Qəzza sektorunu hərtərəfli – sudan, qurudan və havadan blokada altında saxlayır və bombardmana məruz qoyur. Bölgədə aclıq və susuzluq hökm sürür.

İsrailin öldürdüyü Qəzza sakinlərinin böyük hissəsini uşaqlar və qadınlar təşkil edir.

Təxminən 10 min qəzzalı isə itkin düşüb.

Müharibə davam etdiyi üçün tam dəqiq rəqəmləri səsləndirmək qeyri-mümkündür, ehtimallara əsasən, İsrailin qətlə yetirdiyi fələstinlilərin sayı açıqlanan rəsmi rəqəmlərdən bir neçə dəfə çoxdur.

Xəbəri paylaş

VİDEOLAR