İspaniya Kralı: Qəzzada zorakılıq ağlasığmaz səviyyəyə çatıb

İspaniya Kralı: Qəzzada zorakılıq ağlasığmaz səviyyəyə çatıb

İspaniya Kralı: Qəzzada zorakılıq ağlasığmaz ölçülərə çatıb

Az.rasthaber.com xəbər verir ki, İspaniya Kralı VI Felipe Madriddə keçirilən tədbirdəki çıxışında deyib:

"Qəzza zolağında dağıntılar və humanitar vəziyyət hər kəsi ən çox narahat edən məsələdir. Qəzzada zorakılıq ağlasığmaz səviyyəyə çatıb".

Sionist İsrailin hücumlarını davam etdirdiyi Qəzzada şiddətin artmasının Yaxın Şərq böhranında nadir hallarda müşahidə edilən bir vəziyyət olduğunu və bunun nəticələrinin qlobal miqyasda bir çox qeyri-müəyyənliyə yol açdığını ifadə edən İspaniya Kralı bildirib:

“Əslində bu, oktyabrın 7-də başlamadı, lakin 7 oktyabrda zorakılıq bu dəhşətli eskalasiyaya başladı".

Kral VI Felipe geosiyasi və iqtisadi problemlər, demoqrafik hərəkətlər və rəqəmsallaşma kimi bir çox digər amillər səbəbindən dünyanın getdikcə daha mürəkkəb və gözlənilməz hala gəldiyini, xüsusən də kövrək problemlər qarşısında birgə və koordinasiyalı fəaliyyətdən başqa alternativin olmadığını qeyd edib.

Xəbəri paylaş

VİDEOLAR