21.04.2024 12:47:06
İspaniyada yüzlərlə insan sionist rejimin cinayətlərini pisləmək üçün küçələrə axışıb.
Az.rasthaber.com xəbər verir ki, İspaniyada insanlar Qəzzaya dəstək vermək və sionist rejim ordusunun soyqırımını pisləmək üçün küçələrə axışıblar.
İsrailin Fələstinə hücumlarına qarşı çıxan yüzlərlə ispan Qəzza zolağında müharibənin dərhal dayandırılmasını və atəşkəsin yaradılmasını istəyib.