İsmayıl Haniyə və Lavrov Fələstindəki son hadisələri müzakirə edib

İsmayıl Haniyə və Lavrov Fələstindəki son hadisələri müzakirə edib

Rusiya xarici işlər naziri Sergey Lavrov və Fələstinin İslami Müqavimət Hərəkatının (HƏMAS) siyasi bürosunun sədri İsmayıl Haniyə arasında danışıqlar baş tutub.

Az.rasthaber.com xəbər verir ki, onlar Fələstin-İsrail münaqişəsi zonasındakı vəziyyəti və Qüds şəhərində yerləşən əl-Əqsa məscidi ətrafındakı gərginliyi müzakirə ediblər.

Müqəddəs məkanların status-kvosunun pozulmasının qeyri-məqbulluğu, vəziyyətin daha da gərginləşməsinə yol verilməməsinin zəruriliyi qeyd edilib.

Həmçinin “Fələstinin Azadlığı Təşkilatı” siyasi platformasında, o cümlədən də Rusiya diplomatiyasının vasitəçiliyi ilə Fələstindaxili birliyin tezliklə bərpası məqsədi də konkret olaraq gözdən keçirilib.

Xəbəri paylaş

VİDEOLAR