HƏMAS Hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə deyib: “Bütün dəlillər göstərir ki, Fələstində işğalçıların davam edən hücumu və cinayətləri səbəbiylə səbrimiz son həddə çatıb”.
Az.rasthaber.com "İRNA"ya istinadən xəbər verir ki, İsmayıl Haniyə bu gün etdiyi çıxışı zamanı bildirib:
"Bütün dəlillər İsrailin davam edən təcavüzü və cinayətləri ucbatından vəziyyətin yenidən alovlanma ərəfəsində olduğunu göstərir. İşğalçı sionist rejimin Fələstin xalqına qarşı təcavüz və cinayətlərinin mübarək Ramazan ayında davam etməsinin vəziyyətin ən pis həddə çatmasına və fələstinlilərin ayağa qalxmasına səbəb olacağına doğru gedən bir dönəmdəyik.
Müqavimət Hərəkatı Fələstin xalqının tərəfindədir və düşmənin yəhudilərin Pasxa bayramı münasibətilə planlarını həyata keçirməsinə imkan verməyəcək".