İsmayıl Haniyə illər sonra Mahmud Abbasla görüşüb

İsmayıl Haniyə illər sonra Mahmud Abbasla görüşüb

Fələstin Muxtar Respublikasının prezidenti Mahmud Abbas və HƏMAS lideri İsmayıl Haniyə illər sonra ilk dəfə Əlcəzairdə görüşüb.

Az.rasthaber.com xəbər verir ki, İslami Müqavimət Hərəkatının (HƏMAS) Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə, prezident Əbdülməcid Tebbunun dəvəti ilə səfər etdiyi Əlcəzairdə, bu ölkənin Fransa işğalına qarşı apardığı müharibənin qələbəsinin 60-cı ildönümü münasibətilə keçirilən bayram mərasimlərində iştirak edib.

Haniyə paytaxt Əlcəzairdəki hərbi hissələrin təşkil etdiyi nümayişləri bu ölkənin tanınmış şəxsləri və ərəb ölkələrindən dəvət olunmuş liderlərlə birlikdə izləyib.

Mərasim zamanı Fələstin Muxtar Respublikasının prezidenti Mahmud Abbas və Haniyə illər sonra ilk dəfə görüşüblər.

Xəbəri paylaş

VİDEOLAR