İslami: MAQATE rəhbəri sionistlərin tələblərini səsləndirməməlidir!

İslami: MAQATE rəhbəri sionistlərin tələblərini səsləndirməməlidir!

İran Atom Enerjisi Agentliyinin sədri Məhəmməd İslami MAQATE-nin direktoru Qrossinin sionist rejimin tələblərini səsləndirməsini tənqid edib.

Az.rasthaber.com xəbər verir ki, İranın Atom Enerjisi Agentliyinin rəhbəri Məhəmməd İslami Nazirlər Şurasının bu gün keçirilən iclasında mətbuat mənsublarının suallarını cavablandırıb.

Məhəmməd İslami bildirib ki, İran əvvəldən bütün fəaliyyətini Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) standartları çərçivəsində həyata keçirib və tamamilə agentliyin nəzarəti altındadır:

"İran olaraq biz Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə (NPT) və təminatlara sadiqik və MAQATE buna əməl edilmədiyini iddia edə bilməz.

MAQATE prezidenti Qrossi sionist rejimin tələblərini səsləndirməməlidir. Bu, qəbuledilməzdir və MAQATE prezidentinin mandatına ziddir. İranın agentlikdəki nümayəndəsi etirazımızı ona yazılı şəkildə çatdırıb və biz bu prosedurun dayandırılmasını gözləyirik".

İslami agentliyin İrana qarşı iddiaları ilə bağlı deyib:

"Bizim elan edilməmiş nüvə obyektimiz yoxdur. İddia edilən saytlar 20 ildir sionistlər tərəfindən gündəmə gətirilib və bu, yeni bir şey deyil".

İranın nüvə anlaşmasına bağlı olduğunu vurğulayan İslami, "Biz nüvə anlaşmasına sadiqik, bundan bir söz az və ya bir söz çox deyil", - deyə qeyd edib.

Xəbəri paylaş

VİDEOLAR