İslami Cihad: Sionistlərin əmin-amanlığını pozulacaq!

İslami Cihad: Sionistlərin əmin-amanlığını pozulacaq!

Fələstin İslami Cihad hərəkatı bəyanatında sionistlərin son saatlarda çoxlu fələstinlini qətlə yetirməsinə işarə edərək, sionistlərin rahatçılığının pozulmasını tələb edib.

Az.rasthaber.com xəbər verir ki, Fələstin İslami Cihad Hərəkatından bildirilib:

"İşğalçı qüvvələrin Ceninin cənubundakı Kabatiya qəsəbəsinə təşkil etdiyi hücumda 18 yaşlı fələstinli Əbdülhadi Fəhrinin şəhadəti ilə bağlı millətimizə və İslam ümmətinə başsağlığı veririk.

Sionistlərin əmin-amanlığını pozun və onların ayaqları altından yeri çəkin. 

Bu faşist qırğını və son bir neçə saat ərzində İordan çayının qərb sahilində beş fələstinlinin şəhid olması qəzəblənmiş işğalçılara reaksiya vermək və onların terror aktlarını cilovlamaq üçün mövqelərin və sahələrin möhkəmlənməsinə səbəb olacaq.

Biz istəyirik ki, sionist rejimə qarşı müqavimət davam etsin və bu rejimin sabitliyi pozulsun, müqəddəs torpaqlarımızda sionistlərin sülh və təhlükəsizliyinə izn verilməsin”.

Xəbəri paylaş

VİDEOLAR