Məhəmməd əl-Hindi açıqlamasında bildirib.
Rasthaber Azərbaycan "eastnews"a istinadən verdiyi xəbərə görə, Fələstinin İslami Cihad hərəkatının siyasi bürosunun üzvü Məhəmməd əl-Hindi İsrail rejimi ilə bağlı danışıb.
Məhəmməd əl-Hindi açıqlamasında bildirib ki, bölgə üçün təhlükə İsrail rejimidir.
"İsrail rejimi bölgədə güclü olmaq üçün Ərəb dövlətlərinin hamısını hədəfə aldı. Bunun üçün onlar dövlətləri çökdürməyə çalışırlar", - deyə Məhəmməd əl-Hindi diqqətə çatdırıb.
O qeyd edib ki, Misir və İordaniya uzun illərdir İsrail rejimindən asılı vəziyyətə salınıb.