İslami Cihad: Paris atəşkəs layihəsi müqavimətə təqdim edilən ən pis layihədir!

İslami Cihad: Paris atəşkəs layihəsi müqavimətə təqdim edilən ən pis layihədir!

Fələstin İslami Cihad Hərəkatının Siyasi Bürosunun üzvü İhsan Ataya bildirib ki, Hərəkat Parisdə əldə olunan atəşkəs razılaşması layihəsini qəbul etməyəcək.

Az.rasthaber.com xəbər verir ki, İslami Cihad rəsmisi İhsan Ataya çərşənbə axşamı əl-Meyadin-ə verdiyi açıqlamada Paris atəşkəs layihəsinin Müqavimətə təqdim edilən ən pis layihə olduğunu bildirib və əlavə edib ki, Müqavimət bu atəşkəs tələblərini qəbul etməyəcək.
"ABŞ və İsrailin ortaya çıxan sızıntıları fələstinlilərə təzyiq göstərmək və onların Müqavimətə baxışlarını dəyişmək məqsədi daşıyır", - Ataya deyib.
Ataya, vəziyyətin belə davam edəcəyi təqdirdə işğal altındakı Qüds və İordan çayının qərb sahilində baş verə biləcək mümkün şiddət hadisələrinə qarşı tədbir olaraq, işğalçı İsrail rejiminin Ramazan ayı öncəsi atəşkəsə nail olmaq üçün Müqavimətə təzyiq etməyə çalışdığını bildirib.

Xəbəri paylaş

VİDEOLAR