Fələstin İslami Cihad Hərəkatının sözçüsü bildirib ki, müqavimətin gücü durmadan artır və gələcək müharibədə düşməni təəccübləndirə bilər.
Az.rasthaber.com xəbər verir ki, Fələstin İslami Cihad Hərəkatının sözçüsü Davud Şahab dünənki çıxışında deyib:
"İran müqavimətin dəstəklənməsində mərkəzi rol oynayır və müqavimətin gücünü artırmaq üçün hər cür səy göstərməkdən çəkinmir".
Şahab həmçinin Cenində İslami Cihad liderlərindən olan Şeyx Bəssam əs-Səadinin həbsi ilə bağlı belə deyib:
"Səadinin həbsində əsas məqsəd onun ictimaiyyətə təsirini məhdudlaşdırmaq və onu ictimaiyyətdən uzaqlaşdırmaqdır".
Şahab sionistlərin bu hərəkətinə müqavimətin reaksiyası ilə bağlı bildirib:
"İslami Cihad hərəkatı bütün qüvvələrinə və mücahidlərə bu komandirin və rəhbərin həbsi səbəbilə hazır durmağı əmr edib və gələcək müharibə yalnız Qəzza zolağı ilə məhdudlaşmayacaq, İsrailin daxili ərazilərini əhatə edəcək və müxtəlif istiqamətlərdə olacaq".
Fələstin İslami Cihadının sözçüsü də İordan çayının qərb sahilində müqavimətin daim gücləndiyini və mövcudluğunun gündən-günə artdığını, bunun xalq tərəfindən müsbət qarşılandığını və bu müqavimətin sionist düşmənin qorxusuna səbəb olduğunu bildirib.