İslami Cihad: Əl-Cəzirə müxbirinin öldürülməsi İsrail terrorizminin sübutudur

İslami Cihad: Əl-Cəzirə müxbirinin öldürülməsi İsrail terrorizminin sübutudur

Fələstin İslami Cihad Hərəkatı sionist qüvvələr tərəfindən güllələnən fələstinli jurnalistin şəhadətini İsrail terrorunun sübutu kimi qiymətləndirib.

Az.rasthaber.com xəbər verir ki, Fələstin İslami Cihad Hərəkatı dünən yayımladığı bəyanatda, Əl-Cəzirə telekanalının müxbiri Şirin Əbu Əqilənin işğal altındakı İordan çayının qərb sahilinin şimalında yerləşən Cenin şəhərində sionist qüvvələr tərəfindən şəhid edilməsini şiddətlə pisləyib.
Bəyanatda bildirilib:
"İşğalçı sionist rejimin məqsədi onun təcavüzü və terror aktlarını əks etdirən səs və görüntüləri məhv etməkdir. Medianı hədəfə almaq və jurnalistlərə hücum etmək sionist rejimin siyasətinin bir hissəsidir və bunun üçün kifayət qədər dəlil var".
Qeyd edək ki, Əl-Cəzirə telekanalının müxbiri Şirin Əbu Əqilə İsrail ordusunun İordan çayının qərb sahilində Ceninə hücumu barədə reportaj hazırlayarkən sionist qüvvələr tərəfindən başından güllə yarası alıb və xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Xəbəri paylaş

VİDEOLAR