Fələstin İslami Cihad hərəkatı çərşənbə günü axşam saatlarında hərbi komandirlərindən birinin şəhid olduğunu bildirib.
Az.rasthaber.com xəbər verir ki, Fələstin İslami Cihad hərəkatı bildirib ki, “Səraya Əl-Qüds” qüvvələrinə bağlı “Deyr əl-Beleh” briqadasının komandiri, “Əbu Musab” ləqəbli “Yasir Atiyə əl-Mesri” keçən ilki "Qüds Qılıncı" döyüşlərində yaralanmış və həmin yaraların sağalmaması səbəbindən şəhid olmuşdur.
Xatırladaq ki, Qüds Qılıncı döyüşü 2021-ci il mayın 10-da başlayıb və 12 gün sonra, mayın 21-də başa çatıb.