Fələstin İslami Cihad Hərəkatı sionist mühacirlər tərəfindən bir gənc fələstinlini şəhid etmək cəhdini pisləyərək, sionist rejimə qarşı hər cür müqavimət, o cümlədən silahlı müqavimət göstərməyə çağırıb.
Az.rasthaber.com xəbər verir ki, Fələstin İslami Cihad hərəkatı sionist mühacirlərin fələstinlilərə qarşı hərəkətlərini pisləyən bəyanatda, sözügedən iyrənc qətllərin işğalçı sionist rejimin və mühacirlərin Fələstin xalqına qarşı elan etdiyi müharibəyə uyğun olaraq həyata keçirildiyini elan edib.
İslami Cihad Hərəkatı bəyanatını belə davam etdirib:
"İslami Cihad Hərəkatı işğalçıların qarşısını almaq, onları öz torpaqlarından və müqəddəs ərazilərindən qovmaq üçün hər cür müqavimətin, xüsusilə də silahlı müqavimətin davam etməsini və döyüş meydanlarının genişləndirilməsini istəyir".
Qeyd edək ki, Həmas hərəkatı əvvəlki bəyanatlarında, bir fələstinli gəncin sionistlər tərəfindən şəhid edilməsini pisləyərək bildirib:
"Bu cinayət məskunlaşanların millətimizin xalqına, müqəddəs yerlərinə, mülklərinə qarşı apardıqları çirkin müharibənin göstəricisidir".