Fələstin İslami Cihad Hərəkatının sözçüsü Vaşinqtonun bölgədəki gərginlik və münaqişələrin davam etməsinə görə məsuliyyət daşıdığını açıqlayıb.
Az.rasthaber.com xəbər verir ki, Fələstin İslami Cihad Hərəkatının sözçüsü Məhəmməd Hacı Musa bildirib:
“İsrailin baş naziri Binyamin Netanyahu sionist icmasını inandırmaq istəyir ki, danışıqların irəliləməsinə mane olan Fələstin müqavimətidir.
Netanyahu Qəzza zolağının şimalında və mərkəzində əldə edə bilmədiyini Rəfahda əldə edə bilməyəcək.
Sionist rejim ordusunun bu şəhərə qurudan hücumu və Rəfahda fələstinlilərə qarşı dəhşətli cinayətlər və qətllər törətməsi ilə bağlı bu rejimi xəbərdar edirik.
Sionist cəmiyyətinə qarşı müqavimətin sənədləşdirilmiş uğurları Netanyahunun yalan danışdığını sübut edir və ABŞ-ın müharibədən sonra Qəzzanın idarə olunması ilə bağlı bəyanatları nəzərə alınmamalıdır.
Sionist düşmən 7 oktyabr hadisələrindən Fələstin məsələsini məhv etmək üçün istifadə etməyi planlaşdırır. Vaşinqton regionda gərginlik və münaqişələrin davam etməsinə görə məsuliyyət daşıyır”.
Digər tərəfdən, Fələstin Səhiyyə Nazirliyi Qəzza zolağında bu açıqlamaları verib:
"Qəzza zolağının şimalında sağlamlıq vəziyyəti son dərəcə ağırdır və bu bölgədəki xəstəxanalar 10 gündən artıqdır yanacaqla təmin olunmur.
Xilasetmə təşkilatına və səhiyyə xidmətlərinə məxsus onlarla təcili tibbi yardım və nəqliyyat vasitələri yanacaq çatışmazlığı səbəbindən tamamilə yararsız hala düşüb.
Dərmanların saxlandığı soyuducuların elektrik enerjisi kəsilib, həssas dərmanlar xarab olub.
'Böyrək çatışmazlığı olan xəstələr və reanimasiya şöbəsinə yerləşdirilən xəstələr dərmanların saxlandığı generator və soyuducuları işlək vəziyyətdə saxlamaq üçün yanacaq çatışmazlığı səbəbindən ölüm riski ilə üzləşirlər".
Oktyabrın 7-dən bu yana Qəzzada şəhidlərin sayı 29 min 692, yaralıların sayı isə 69 min 879-a çatıb.