İranın Atom Enerjisi Agentliyinin rəhbəri Məhəmməd İslami "Amerikalılar öhdəliklərini yerinə yetirsələr, biz də bütün öhdəliklərimizi yerinə yetirəcəyik", - deyə bildirib.
Az.rasthaber.com xəbər verir ki, İranın Atom Enerjisi Agentliyinin rəhbəri Məhəmməd İslami deyib:
"Biz (İran) etməli olduğumuz şeyi etdik. Amerikalılar öz öhdəliklərini yerinə yetirsələr, biz də bütün öhdəliklərimizi yerinə yetirəcəyik.
MAQATE-nin direktoru Qrossinin sionist rejimin tələblərini səsləndirməsi heç də xoş deyil".
İslami dünən verdiyi açıqlamada:
“MAQATE prezidenti Qrossi sionist rejimin tələblərini səsləndirməməlidir. Bu, qəbuledilməzdir və MAQATE prezidentinin mandatına ziddir. Agentlikdəki İran nümayəndəsi etirazımızı ona yazılı şəkildə çatdırıb və biz bu prosedurun dayandırılmasını gözləyirik", - deyə qeyd etmişdi.