"İslama qarşı edilən bütün hərəkətlərin arxasında düşmənin siyasi maraqları dayanır"

İran İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xamenei, düşmənin ölkədə bədbinlik yaymaq istədiyini bildirib.

Az.rasthaber.com xəbər verir ki, İran İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xameneinin iyunun 12-də etdiyi çıxışı dərc olunub. 

Ayətullah Xamenei çıxışında deyib:

"İran və İslam düşmənləri bu gün yumşaq müharibəyə əl atıblar. Məhz buna görə də bütün xalqın, o cümlədən köçərilərin mədəni fəaliyyətə ehtiyacı var. Bu kontekstdə təbii ki, filmin və kitabın böyük təsiri nəzərə alınmalıdır.

Bu gün ölkədə dinə, adət-ənənələrə, müqəddəs dəyərlərə, dini ayinlərə qarşı edilən bütün hərəkətlərin arxasında düşmənin siyasi maraqları dayanır. Bunu edənlər bunun fərqinə varmaya bilərlər.

Bu gün insanları gələcəyə qarşı ümidsizləşdirən, inamını zəiflədən və ya bədbinlik yayanlar düşmənin xeyrinə işləyirlər".

Xəbəri paylaş

VİDEOLAR