İslam ümməti ABŞ-ın hücumlarına qarşı ortaq mövqe nümayiş etdirməlidir - Ənsarullah

İslam ümməti ABŞ-ın hücumlarına qarşı ortaq mövqe nümayiş etdirməlidir - Ənsarullah

Yəmənin Ənsarullah Hərəkatının Siyasi Bürosu sionistlərin Livan və digər ərəb ölkələrinə hücumlarının ABŞ-ın Yəmənə hücumları ilə uyğunlaşdığını bildirib və vurğulayıb ki, İslam ümməti və ərəb ölkələri və xalqları bu işğalçı rejimin cinayətlərinə qarşı vahid və qətiyyətli mövqe nümayiş etdirməlidirlər.

Az.rasthaber.com xəbər verir ki, Ənsarullah Hərəkatının Siyasi Bürosu sionistlərin Livana hücumlarının davam etməsi və artması ilə bağlı bəyanat verərək deyib: Amerikanın tam dəstəyi ilə davam edən atəşkəs pozuntuları çərçivəsində işğalçı rejimin Livana hücumlarını şiddətlə pisləyirik.

Düşmənin Livan və Suriyaya vəhşicəsinə hücumları və bu rejimin Qəzza və İordan çayının qərb sahilində Fələstin xalqına qarşı törətdiyi soyqırım cinayətləri cavab və intiqam tələb edir.

Sionistlərin region ölkələrinə hücumlarının genişlənməsini Amerikanın Yəmənə hücumları və dinc əhali və yaşayış məntəqələrini bombalamağa davam etməsindən ayırmaq olmaz”.

Təsnim Xəbər Agentliyinin məlumatına görə, Ənsarullah Hərəkatı bəyanatının sonunda bildirib ki, Amerika və sionist rejimin İslam ümmətinin ölkələri və xalqlarına qarşı hücumları ərəb hökumətləri və xalqları tərəfindən ortaq mövqe ilə qarşılanmalıdır.

Xəbəri paylaş

VİDEOLAR