İslam Partiyası və Gəncə işilə bağlı ümumilikdə 4 nəfər məhbus azadlığa çıxıb

İslam Partiyası və Gəncə işilə bağlı ümumilikdə 4 nəfər məhbus azadlığa çıxıb

8-12 yanvar 2021-ci il tarixlərində aşağıdakı 4 siyasi məhbus təyin edilmiş cəza müddətləri bitdiyi üçün azadlığa çıxıblar

Rasthaber Azərbaycan "İslamazeri.com"a istinadən xəbər verir ki, bu barədə Hüquq müdafiəçis Rəsul Cəfərov özünün sosial şəbəkə profilində məlumat verib.
"1. Dəyanət Səmədov, 2. Firdovsi Məmmədrzayev (hər ikisi İslam Partiyası işi), 3. Elvin Nəzərov, 4. Renat Məmmədov (hər ikisi Gəncə işi).
Beynəlxalq təşkilatların da qəbul etdiyi siyahı üzrə hazırda 88 nəfər qalır. Onlardan 3 ömürlük məhbus - Qarabağda döyüşlərdə fəal iştirak etmiş keçmiş OMON-çuların azad edilməsi üçün artıq müraciət etmişik. Digər şəxslərin də azadlığa buraxılması xahişi ilə geniş müraciət hazırlayırıq. Hesab edirik ki, siyasi məhbus məsələsi tam olaraq həll edilərək birdəfəlik gündəmdən çıxmalıdır.", -deyə hüquq müdafiəçisi bildirib.

Xəbəri paylaş

VİDEOLAR