İslam ölkələrinin alimləri insanları sionistlərə qarşı səfərbər etməlidir - Qudumi

İslam ölkələrinin alimləri insanları sionistlərə qarşı səfərbər etməlidir - Qudumi

HƏMAS-ın Tehrandakı nümayəndəsi deyib: “Əl-Əqsa Tufanının siyasi mesajı ondan ibarət idi ki, normallaşma prosesi ilə Fələstinin və İslam ümmətinin şərəfinin satılmasına və Qüdsün itirilməsinə icazə verməyəcəyik.”

Rasthaber xəbər verir ki, HƏMAS-ın Tehrandakı nümayəndəsi Xalid Qudumi dünən Fələstin prospektində İmam Sadiq (ə) məscidində əhalinin və bir sıra rəsmi və siyasi xadimlərin iştirakı ilə keçirilən şəhid Yəhya Sinvarın anım mərasimində iştirak edib.

O müqavimət şəhidlərinin xatirəsini ehtiramla yad edərək deyib: “Böyük mücahidlərimizin qanı müsəlmanların ilk qibləsinin müdafiəsi və Qüdsün azad edilməsi uğrunda axdı. İslam ölkələrinin alimləri insanları sionistlərə qarşı səfərbər etməlidir"

 Qudumi vurğulayıb: “Yollarını davam etdirmək üçün bu nəcib şəhidlərin xatirəsini ehtiramla yad edirik. Şəhid Sinvar bizə Kərbəla hadisəsini və şəhidlər sərvərinin təfəkkür məktəbini xatırladır. Beləcə Qan qılınca qalib gəlir.”

Xəbəri paylaş

VİDEOLAR