İslam dünyasında Qədir-Xum bayramı qeyd edilir

İslam dünyasında Qədir-Xum bayramı qeyd edilir

Bu gün Qədir Xum bayramıdır.

İslam dünyasında Qədir-Xum bayramı qeyd edilir.

Yaşadığımız dövrdə bir çoxları “Qədir” hadisəsini dirçəltməklə onun amallarını İslam cəmiyyətində həyata keçirmək istəyirlər. İndi bu mövzunu - “Qədir” hadisəsinin amallarını, insanlara müraciətini dəqiq və konkret şəkildə tədqiq etməyin vaxtıdır. “Qədir” hadisəsi bizə nə demək istəyir? Onun qarşıya qoyduğu məsələlər, verdiyi mesajlar yalnız Peyğəmbər (s) dövrünəmi aiddir? Yoxsa Qiyamət gününədək icrası mümkün və zəruridir? İndi isə “Qədir” hadisəsinin və onun keçirilən mərasimlər yolu ilə anılmasının hansı məqamları ehtiva etdiyinə nəzər salaq:

1. Hər bir peyğəmbərdən sonra onun xəttində olan, onun yolunu davam etdirən, məqsəd və məramlarını açıqlayan məsum bir şəxsin mövcudluğuna ehtiyac var. Həmin şəxsin heç olmazsa şəriəti bir küll şəklində qorumalı, dinin keşiyində durmalıdır. Peyğəmbər (s) də özündən sonra canişin olaraq belə bir şəxs təyin etmişdir. Hazırda isə bu şəxs həzrət Məhdidir (əc.).

2. Peyğəmbərlərin canişinləri Allah tərəfindən təyin edilməli, Peyğəmbər tərəfindən isə ümmətə tanıtdırılmalıdır. Necə ki, Peyğəmbərin (s) canişini, onun öz vasitəsilə (Allah tərəfindən) təyin edildi. Çünki “İmamət” məqamı ilahi bir məqamdır. Hər bir imam bu məqama Allah tərəfindən təyin edilməlidir.

3. “Qədir” hadisəsində nəzərə çarpan məqamlardan biri də rəhbərlik, rəhbərin səciyyəvi keyfiyyətləri məsələsidir. İslam cəmiyyətində hər bir fərd Peyğəmbərin (s) canişinliyi vəzifəsini öz üzərinə götürə bilməz. Rəhbər Əli (ə) kimi Peyğəmbər (s) xəttində olan, onun göstərişlərinə əməl edən bir şəxs olmalıdır. Əks təqdirdə xalq ona beyət etməməlidir. Nəticə etibarı ilə “Qədir” məsələsi İslamın siyasi məsələləri ilə bilavasitə əlaqəlidir.

Yəməndə, artıq IV əsrin ortalarından başlayaraq hər il “Qədir-Xum” günü münasibəti ilə şadlıq mərasimləri keçirilir. Həmin hadisəni xatırladan səhnəciklər tamaşaya qoyulur. Və insanlar məlum hadisəni xatırlayır və İslam cəmiyyətində rəhbərliyin əhəmiyyətini anlayırlar. Əlbəttə son illərdə hakim dairələr bu kimi mərasimlərin müsəlmanlar üçün müsbət nəticə verəcəyini sezmiş və qarşısını almağa çalışmışlar. Belə ki, hər il belə mərasimlərin keçirilməsində israrlı olan bir çox insanlar canlarını əldən verirlər. Lakin buna baxmayaraq, xalq öz qərarında israrlıdır və bu, məlum “Qədir” olayının İslam cəmiyyətinə göstərdiyi müsbət təsirlərdən doğur.

4. “Qədir” olayının daim bizə ünvanlanan bir müraciəti də Peyğəmbərdən (s) sonra İslam cəmiyyətinə rəhbərlik edəcək şəxslərin Əli (ə) və məsum imamlar olmasıdır. Biz onların hakimiyyəti altında olmalı və onlara yaxınlaşmaqla onlardan bəhrələnməliyik.

5. “Qədir” hadisəsi və bu münasibətlə təşkil olunan mərasimlər Şiəlik simvoludur. Əslində “Qədir” hadisəsi daim haqqı - Əlinin (ə) və övladlarının öz haqlarından məhrum olmalarını təsdiq etmək və qələbəyə nail olmaq deməkdir.

6. “Qədir” hadisəsi bizə daim haqqı, həqiqəti deməkdə israrlı olmağa səsləyir. Çünki Peyğəmbər (s), vəfatından sonra onun sözlərinə əməl olunmayacağını bilməsinə baxmayaraq, öz sözünü dedi və insanların bəhanə yolunu bağladı. O, haqqı söyləmək uğrunda heç bir fürsəti qaçırmadı, hətta son Həcc mərasiminidə, “Qədir-Xum”da belə haqqı deməkdən çəkinmədi.

7. “Qədir” hadisəsi Əhli-beytin (ə) dini “Mərcə” olması mesajını verir. Peyğəmbər (s) “Səqəleyn” hədisini məhz həmin ərəfələrdə buyurmuş və insanları məsum Əhli-beytə (ə) tapınmağa səsləmişdir.

8. “Qədir” olayına görə, bir çox mühüm anlarda daha əhəmiyyətli məsələlərə görə mühüm məsələlərin üstündən keçmək lazımdır. Əli (ə) Allah tərəfindən, Peyğəmbərin (s) vasitəsi ilə İslam cəmiyyətinin rəhbəri təyin olunmasına baxmayaraq, öz haqqı uğrunda savaşa girməyi, qan tökməyi ümumilikdə dinin xeyrinə tamamlanmayacağını görüb susdu və yalnız çıxışlarında öz haqqının əlindən alınmasına toxunmaqla kifayətləndi. Təbii ki, Əli (ə) məsələni başqa şəkildə həll etməyə çalışsaydı İslam ümməti üçün ümumdini bir problem yaranacaqdı. Bu, “Qədir” hadisəsinin müsəlmanlara verdiyi ən boyük dərsdir.
9. Dinin təkmilləşməsi və nemətin tamamlanması haqqın insanlara çatdırılması ilə gerçəkləşir. Hansı ki, “İkmal” ayəsində bu məsələyə açıqca toxunulmuşdur.

10. Haqqı üzə çıxarmaq üçün hər hansı bir məxfi addım atmaq lazım deyil. Necə ki, Peyğəmbər (s) son Həcc mərasimi zamanı ziyarətə gələnlər dağılışmadan öz sözünü açıq şəkildə elan etdi.

11. Peyğəmbərin (s) canişinliyi, İslam ümmətinin rəhbərliyi məsələsi daim ön planda olmuşdur. Necə ki, Peyğəmbər (s) Mədinədə təhlükəli xəstəlik yayılmasına baxmayaraq, öz səfərini təxirə salmadı və səfər zamanı rəhbərlik məsələsini müsəlmanların diqqətinə çatdırdı.

12. Düzgün rəhbərlik mövzusu İslamın başlıca məsələlərindəndir. Elə buna görə də Quran bu haqda buyurur:

“Əgər (bunu) etməsən, (Allahın) risalətini (sənə həvalə etdiyik elçilik, peyğəmbərlik vəzifəsini) yerinə yetirmiş olmazsan” . (Əli-Əsğər Rizvaninin "Qədir Xum" kitabından)

Rasthaber olaraq Qədir Xum münasibətilə bütün Əhlibeyt dostlarını təbrik edirik!

Xəbəri paylaş

VİDEOLAR