İŞİD təsdiqlədi: Səudiyyə koalisiyası ilə Ənsarullaha qarşı döyüşürük

İŞİD təsdiqlədi: Səudiyyə koalisiyası ilə Ənsarullaha qarşı döyüşürük

Terrorçu İŞİD qrupu bir bəyanatda rəsmi şəkildə səud koalisiyası ilə həmkarlıq etdiyini və Yəmənin Ənsarullah qüvvələrilə vuruşduğunu bildirib.

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, Yəməndə fəaliyyət göstərən İŞİD terrorçuları öz bəyanatlarında bu ölkənin Maarib vilayətinin Əlkəsarə bölgəsində Yəmənin ordusu və Ənsarullah qüvvələrilə vuruşduqlarını bildirərək, iddia ediblər ki, rəsmi Sənanın qüvvələrindən bir qrupu bu döyüşlərdə ölüb və ya yaralanıb.

Bəyanat həmçinin terrorçu İŞİD qrupu tərəfindən iki qərargahın ələ keçirilməsindən xəbər verib.

Digər tərəfdən, bəzi yəmənli medialar da son günlər İŞİD və Əl Qaidə komandirlərinin rəsmi Sənanın qüvvələri ilə mübarizə aparmaq məqsədilə Maarib vilayətində olmalarından xəbər vermişdilər.

Xəbəri paylaş

VİDEOLAR