İŞİD terrorçuları Zabul əyalətinin Ərğəndab bölgəsində Taliban hökuməti qüvvələrinə hücum ediblər.
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə yerli mənbələr məlumat veriblər.
Bildirilib ki, İŞİD-in hücumu Ərğəndab rayonu ərazisində həyata keçirilib.
Burada Taliban hökuməti qüvvələrinin 4 üzvü ölüb və bir neçəsi yaralanıb.
Taliban hərəkatı belə bir hücumun olduğunu təsdiqləyib, lakin ölənlərin sayını açıqlamayıb.
Taliban hökuməti bundan öncəki bəyanatında İŞİD-in Əfqanıstanda ciddi təhlükə olmadığını və digər dövlətlərin bu barədə mübaliğəyə yol verdiklərini deyib.