İŞİD terrorçuları Suriyanın şərqində altı gənci güllələyib

İŞİD terrorçuları Suriyanın şərqində altı gənci güllələyib

İŞİD terror təşkilatı Suriyanın şərqində altı gənci oğurlayaraq, güllələyib.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə yerli mənbələr məlumat veriblər.

Bildirilib ki, terror təşkilatı Dirazzur- Həsəka yolunda avtomobillə hərəkətdə olan altı gənci oğurlayıblar. Gənclər kürd bölmələrinin rəhbərlik etdiyi “Suriya Demokratik Qüvvələri”nə mənsub şəxslər olub.

İŞİD sosial şəbəkələrdəki səhifələri üzərindən bəyanat yayaraq, onların “Suriya Demokratik Qüvvələri”nə mənsub olduqlarını və buna görə edam edildiklərini bildirib.

Qeyd edək ki, “Suriya Demokratik Qüvvələri” bir müddətdir Fəratın şərqində əl-Houl düşərgəsində həbslər həyata keçirir. əl-Houl düşərgəsi sabiq İŞİD üzvləri və onların ailələrinin nəzarətdə saxlanıldığı qapalı bölgədir.

Xəbəri paylaş

VİDEOLAR