İŞİD terrorçuları İraqda bir kəndə minaatanlarla hücum edib

İŞİD terrorçuları İraqda bir kəndə minaatanlarla hücum edib

İraq hökumətinin Təhlükəsizlik Media Şəbəkəsindən verilən yazılı açıqlamaya görə, İŞİD üzvləri bölgədə yerləşən əl-İslah kəndinə minaatanlarla hücum edib.

Az.rasthaber.com Türkiyə mediasına istinadən xəbər verir ki, açıqlamada kənddə minaatan mərmilərinin 2 evə düşməsi nəticəsində eyni ailədən bir nəfərin həyatını itirdiyi, 5 nəfərin yaralandığı bildirilib.

Açıqlamada hücum edənlərin tutulması üçün Celavla qəsəbəsi yaxınlığındakı ərazidə əməliyyat keçirildiyi, İŞİD-in bölgədə hücumlarının artmasından narahat olunduğu bildirilib.

Xatırladaq ki, 2014-cü ilin iyununda İŞİD İraqın Mosul, Səlahəddin və Ənbar vilayətlərini tamamilə, Diyalə və Kərkük vilayətlərinin bir qismini ələ keçirib və bu bölgələr illər ərzində təşkilatdan geri alınıb.

İraqın keçmiş baş naziri Heydər əl-Abadi 2017-ci il dekabrın 9-da təşkilat üzərində qələbə qazandığını elan edib.

Xəbəri paylaş

VİDEOLAR