İŞİD terrorçuları Əfqanıstanın Məzari-Şərif şəhərinə hücum edib

İŞİD terrorçuları Əfqanıstanın Məzari-Şərif şəhərinə hücum edib

Əfqanıstanın Məzari-Şərif şəhərində İŞİD-in hücumunun qarşısı alınıb.

Az.rasthaber.com "Mehr"ə istinadən xəbər verir ki, bu barədə Bəlx polisinin nümayəndəsi Məhəmməd Asif Vəziri məlumat verib.

Onun sözlərinə görə, Məzari-Şərifin 4-cü təhlükəsizlik rayonunda İŞİD ilə Əfqanıstan təhlükəsizlik qüvvələri arasında silahlı toqquşma baş verib.

"Məzari-Şərifin 10-cu təhlükəsizlik bölgəsində təhlükəsizlik qüvvələrini məhv etmək istəyən İŞİD yaraqlısının həbsindən sonra silahlı qarşıdurma başlayıb. Bir İŞİD üzvü əvvəlcə yaralanıb, sonra həbs edilib, digər ikisi isə hadisə yerindən qaça bilib", deyə Asif Vəziri qeyd edib. 

Xəbəri paylaş

VİDEOLAR