BMT Baş katibinin terrorla mübarizə üzrə müavini Vladimir Voronkov bu haqda açıqlama verib
Rasthaber Azərbaycan xəbər verir ki, BMT Baş katibinin terrorla mübarizə üzrə müavini Vladimir Voronkov, İraq və Suriyada 27 min xarici vətəndaşlığı olan terrorçu olduğunu bildirib.
Voronkov İŞİD-in Suriya və İraqda yenidən təşkilatlanmağa başladığını önə çəkib.
Bilindiyi kimi 2011-ci ildə Suriyada, daha sonra 2014-də İraqda başlayan terrorçuların fəaliyyəti bölgədə böyük böhranlara səbəb olmuşdu.
İraq və Suriyadakı terrorçular daha çox Səudiyyə, İsrail və ABŞ tərəfindən dəstəklənməkdə və bu qruplaşmalar daha çox İsrailin təhlükəsizliyini təminat altına almaq üçün bölgədə istifadə olunmaqdadırlar.
İraq və Suriya orduları İranın hərbi məsləhətləri və Rusiyanın dəstəyilə başda İŞİD terror qruplaşması olmaqla, digər terror qruplarını məğlub etdikdən sonra, bu terrorçu qruplaşmaların hamiləri olan ölkələrin narahatlıq və etirazlarına səbəb olub.