Liviyada İŞİD terror qruplaşmasının liderlərindən biri məhv edilib.
Az.rasthaber.com xəbər verir ki, General Xəlifə Haftarın komandanlığındakı Şərqi Liviya Qüvvələrinin sözçüsü briqada generalı Miloud Al-Zavi İŞİD lideri Mehdi Denqunun bu ölkədə öldüyünü açıqlayıb.
Liviyanın şərq güclərindən olan general-mayor Xalid əl-Mahcub açıqlamasında, Denqunun ölümü ilə yanaşı, Liviya hərbi qüvvələrinin əməliyyatında onunla birlikdə olan daha bir İŞİD üzvü “İsman Nur”un da həbs edildiyini bildirib.
Liviya vətəndaşı olan Əl-Mehdi Denqu, 1981-ci ildə Sirtdə anadan olub və 2015-ci ildə 22 misirli qibti xristianının qətlində əli olub.
“Mehdi Danqu ən təhlükəli terrorçulardan biri idi və Sirtedə 21 misirli qibti xristianın qətliamını törətmişdi”, - general-mayor Xalid Əl Məhcub bildirib.