İŞİD terrorçuları Bağdad yaxınlığında silahlı hücum törədiblər.
Az.rasthaber.com xəbər verir ki, ötən gün Bağdadın qərbində İraq ordusunun nəzarət məntəqəsinə terrorçuların hücumu nəticəsində azı 11 nəfər ölüb, 8 nəfər isə yaralanıb.
Bu barədə eastnews.org məlumat verib.
Məlumata əsasən, hücum ötən gün axşam saatlarında terrorçuların minaatan və avtomat silahları ilə hücumu nəticəsində baş verib. Hücumda 5 hərbçi və 6 mülki vətəndaş həyatını itirib.
İraqlı həkimlər 8 yaralının olduğunu bildirərək onların Bağdad xəstəxanasına yerləşdirildiyini qeyd edib.