İŞİD-in kamikadzelər komandiri Nəhrəvanda ələ keçirildi

İŞİD-in kamikadzelər komandiri Nəhrəvanda ələ keçirildi

O, 2014-2017-ci illərdə Mosulda İŞİD “kamikadzelərinə” başçılıq edib.

Rasthaber Azərbaycan İraq mediasına istinadən xəbər verir ki, İraq təhlükəsizlik qüvvələri ötən gün Mosul şəhərində İŞİD terror təşkilatının yüksəkvəzifəli üzvünü ələ keçirə bilib.

Neynəva əyalətinin polisinin məlumatına görə, sözügedən terrorçu Əbu Duccanə Nəhrəvan rayonunda tutulub.

O, 2014-2017-ci illərdə Mosulda İŞİD “kamikadzelərinə” başçılıq edib.

Bundan başqa, Kərkük polisinin mətbuat katibi Əmir Nuri bildirib ki, Leylan şəhərində də həmin gün İŞİD-in iki komandiri həbs edilib.

Xəbəri paylaş

VİDEOLAR