İŞİD Haşdi Şabiyə hücum etdi: Ölənlər var

İŞİD Haşdi Şabiyə hücum etdi: Ölənlər var

İraqın Səlahəddin vilayətində terror təşkilatı İŞİD-in Haşdi Şabi 22-ci Briqadasına hücumu nəticəsində bir komandanın da daxil olduğu 12 əsgər şəhid olub

Rasthaber Azərbaycan trt-yə istinadən xəbər verir ki, İraq mətbuatında yer alan xəbərlərə görə, İŞİD terror təşkilatı Səlahəddinin şərqində Haşdi Şabinin 22-ci Briqadasına hücum edib.

Hücum nəticəsində Haşdi Şabi komandanlarından biri olan Əbu Alya Hasnavinin də daxil olduğu 12 əsgər ölüb, 15 əsgər yaralanıb.

İki gün əvvəl paytaxt Bağdaddakı bir bazar yerində təşkil edilən hücum nəticəsində 32 nəfər həyatını itirmiş, 110 nəfər yaralanmışdı.

Bu hücumun məsuliyyətini də terror təşkilatı İŞİD öz üzərinə götürmüşdü.

Xəbəri paylaş

VİDEOLAR