İraqda ilin əvvəlindən bəri 160 elektrik ötürücü qüllə və xəttinə hücuma edilib.
Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, İraq Daxili İşlər Nazirliyinə bağlı Enerji Polisi Komandanlığı tərəfindən yayımlanan hesabatda ilin əvvəlindən bəri elektrik ötürücü qüllələrə və xətlərə çox sayda hücum edildiyi bildirilib.
Yanvar-10 iyul tarixləri arasında ölkə daxilində 106 elektrik ötürücü qüllə və 54 elektrik xəttinin partlayıcı maddələrlə hədəf alındığı qeyd edilib.
İraqda xüsusilə son həftələrdə ölkənin şimal, qərb və şərq hissələrində elektrik xəttlərini hədəf alan bomba hücumlarında artım olub.
Bu vəziyyət elektrik enerjisinin tez-tez kəsilməsinə və xidmət çatışmazlığı ilə əlaqədar xalqın etirazlarına səbəb olur.
Ölkə səlahiyyətliləri əksər hücumların arxasında terror təşkilatı İŞİD üzvlərinin dayandığını bildirir.