İŞİD bölgədə yenidən təşkilatlanır - BMT

İŞİD bölgədə yenidən təşkilatlanır - BMT

BMT-nin Təhlükəsizlik Şurası İŞİD-in bir daha Qərbi Asiyada güclənməsi haqda narahatlığını bildirib

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, BMT-nin Təhlükəsizlik Şurası İŞİD-in bir daha Qərbi Asiyada güclənməsi və terror hücumlarını təşkilatlandırmağa çalışması haqda xəbərdarlıq edib.

Təhlükəsizlik Şurasının üzv ölkələrdən topladığı son məlumat İŞİD-in Suriya və İraqda güclənməsi, həmçinin İŞİD-çi əsirlərin təcridxanalardan azad edilmələri üzrə planlaşdırma və yerli təhlükəsizlik qüvvələrinin zəifliyindən istifadədən xəbər verir.

Bu məlumatda İŞİD-in maliyyə cəhətdən təmin edilməsi yolları və mənbələrinə işarə olunaraq deyilir ki, bu terrorçu qrup ağır məğlubiyyətlərə uğramış olsa da yaşamaq uğrunda durmadan mübarizə aparır.

İŞİD-in xarici üzvləri məsələsi bu məlumatda mövcud nigarançılıqlardan biri kimi qeyd olunub.

Bildirilibdir ki, İŞİD-in 40 min nəfərlik xarici qüvvəsinin yarısı və ya üçdə iki hissəsi diridir.

Xəbəri paylaş

VİDEOLAR