İslami Müqavimət Hərəkatının (HƏMAS) Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə “İşğalçıların Qəzzadan çıxarılması hərtərəfli azadlığın başlanğıcıdır” deyib.
Az.rasthaber.com xəbər verir ki, İslami Müqavimət Hərəkatının (HƏMAS) Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə 2005-ci ildə sionist işğalçı qüvvələrin Qəzza zolağından çıxarılmasının ildönümü ilə bağlı verdiyi açıqlamada, işğalçı qüvvələrin geri çəkilməyə məcbur edilməsinin həm də hərtərəfli azadlığın başlanğıcı olduğunu bildirib.
Haniyə bildirib ki, işğalçı qüvvələrin Qəzzədən çıxarılması ilə Fələstin xalqının qələbəsi və bütün Fələstinin işğaldan azad edilməsi istiqamətində yeni tarazlıqlar yaranıb.
Haniyə bu gün (12 sentyabr çərşənbə axşamı) mətbuata açıqlamasında bildirib ki, 12 sentyabr 2005-ci il Fələstin xalqı üçün Fələstin tarixində yeni şəfəqin doğulması deməkdir.
O, həmin vaxt Qəzza bölgəsinin 40%-ni ələ keçirmiş 21 yəhudi məskəninin xarabalıqlarına Fələstin bayraqları asıldığını, nəticədə adı Fələstinin qələbəsi olan işğala qarşı müqavimətdə yeni balansların formalaşdığını və bunun hərtərəfli qurtuluşun başlanğıcı olduğunu bildirib.