Yəmənin Milli Azadlıq Hökumətinin mədəniyyət naziri xəbərdarlıq edib ki, muzdlular bu ölkənin tarixi abidələrini qarət etməyə çalışırlar.
Az.rasthaber.com xəbər verir ki, Əl-Məsirə kanalının məlumatına görə, Yəmənin Milli Qurtuluş Hökumətinin mədəniyyət naziri Abdulla Əhməd əl-Kəbsi muzdluların antik əşyaları oğurlamaq, tarixi və qədim yerləri məhv etmək üçün metal aşkar edən cihazlardan istifadə etdiyini bildirərək, Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatından (UNESCO) Avropa və Amerika bazarlarında Yəmən əntiq əşyalarının satışının qadağan edilməsini istəyib.
Yəmənin mədəniyyət naziri bəyan edib ki, təcavüzkar Səudiyyə koalisiyası və muzdlular işğal olunmuş vilayətlərdə qədim və tarixi yerlərə hücum etməkdən və qədim abidələri qarət etməkdən əl çəkməyiblər.
Nazir xatırladıb ki, prezidentlik keçmişdə Yəməndən tarixi eksponatların qaçaqmalçılığı zamanı istifadə edilən metal kəşfiyyatı avadanlıqlarına qadağa qoyulması barədə göstəriş verib.
Qeyd edək ki, Səudiyyə rejiminin Yəmənin tarixi əsərlərini qaçaqmalçılıq yolu ilə apararaq, Avropada satdığı barədə məlumatlar yayılıb.
Əl-Məsirə kanalının məlumatına görə, Yəmənin Milli Qurtuluş Hökumətinin mədəniyyət naziri Abdulla Əhməd əl-Kebsi