"İşğalçı sionistlər Fələstini tərk etməlidirlər"

İran Xarici İşlər Nazirliyinin sözçüsü Kənani sionist rejimin Fələstin xalqının məcburi köçü üçün yol açmaq məqsədi daşıyan təbliğatına reaksiya verib və deyib: Fələstin torpaqlarını tərk etməli olanlar qəsbkar, işğalçı sionistlərdir.

Az.rasthaber.com xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Kənani sosial media platforması X hesabındakı paylaşımında sionist rejimin Fələstin xalqının məcburi köçü üçün yol açmaq məqsədi daşıyan təbliğatına reaksiya verib.

Kənaninin paylaşımında aşağıdakı ifadələr yer alıb:

Fələstin torpaqlarını tərk etməli olanlar qəsbkar, işğalçı sionistlərdir.

Fələstin xalqı bu torpaqların əsl və daimi sahibidir və torpaqlarının azad edilməsi üçün on illərdir səbr, müqavimət və fədakarlıqla mübarizə apardığı kimi, torpaqlarını işğalçı cinayətkarların işğalından təmizləməyə davam edəcək.

İşğal nə qədər davam etsə də, işğalçıya heç bir hüquq yaratmır”.

Xəbəri paylaş

VİDEOLAR