Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası Yəməndə hərbi əməliyyatları dayandırdığını iddia edib.
Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının rəsmi SPA agentliyi məlumat yayıb.
Bildirilir ki, danışıqların uğurla nəticələnməsi və müqəddəs Ramazan ayı müddətində müsbət atmosfer yaradılması üçün hərbi əməliyyatlar dayandırılır.
Birləşmiş koalisiya komandanlığı 30 aprel saat 06.00-dan Yəməndə bütün hərbi əməliyyatları dayandırır.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı daha öncələr bir neçə dəfə atəşkəs elan edib, amma atəşkəs elan edildiyi halda Yəmən xalqının qətliamına davam edib.