Bu gün səhər saatlarından başlayaraq minlərlə sionist Netanyahuya qarşı "Diktaturaya qarşı mübarizə" adı altında keçirilən ən böyük nümayişdə iştirak etmək üçün küçələrə çıxıb və Ben Qurion hava limanına gedən əsas yolları bağlayaraq, baş nazirin səfərinin qarşısını almağa çalışıblar.
Sionist rejim mediasının məlumatına görə, bu gün səhər saatlarından etibarən işğal olunmuş ərazilərdə məhkəmə islahatlarına qarşı “Antidiktatura günü” adı altında etiraz aksiyaları başlayıb və hazırda hökumətin məhkəmə islahatı etirazçıları şəhərin girişini tamamilə bağlayıblar.