Fələstinlilərə cəhənnəm yaşadan sionist İsrail məhkəməsi daha bir qalmaqallı qərar verib.
Az.rasthaber.com xəbər verir ki, məhkəmə işğalçı yəhudilərə Məscidül-Əqsaya basqınları zamanı “uca səslə ibadət etmələrinə” və “müəyyən ayinləri yerinə yetirməyə” icazə verilməsi yönündə qərar verib.
Fələstin Xarici İşlər Nazirliyi bu qərarı pisləyərək, "Qərar status-kvoya zərbədir. Bu, açıq şəkildə dini müharibə elanıdır", - bildirib.
Nazirlik həmçinin vurğulayıb ki, bu qərar İsraildə məhkəmələrin işğalın bir hissəsi olduğuna dair yeni sübutdur.